Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində Apa.az-a istinadən verir.
Hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində baş verib. 37 yaşlı Həsənzadə Firdovsi Yavuz oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.