Azərbaycanda dövlət xətti ilə kirayəyə verilmiş mənzillərin sayı 2 800-ə çatıb. Bu barədə 7 noyabr tarixində İpoteka və Kredit Zəmanət Fondu məlumat verib.
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 41 576 borcalana 2 milyard 359,875 milyon manat kredit verib.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 324,676 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 796 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.