Beynəlxalq axtarışda olan, Azərbaycanda həbs edilmiş şəxs Rusiyaya ekstradisiya edilib. Bu barədə 9 avqust tarixində Baş Prokurorluq məlumat verib.
Belə ki, Rusiyada rüşvətalma cinayətini törətməkdə təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilmiş həmin ölkənin vətəndaşı, 1978-ci il təvəllüdlü Taukin Danil Pavloviçin təhvil verilməsinə dair Rusiya Federasiyasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, D.P.Taukin cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
D.P.Taukin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.