Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb. Bu barədə İnsanoid bu gün, 6 fevral tarixində xəbər verir.
Baş nazir Əli Əsədovun imzaladığı müvafiq Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.