Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, yağıntının yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.