top
Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün yaradılmış “müqavimətçi dəstə” üzvləri həbs edilib
06 aprel 2023, 00:17
- +

Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün yaradılmış “müqavimətçi dəstə” üzvləri həbs edilib

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçiriblər.

Bu barədə 6 aprel tarixində hər üç dövlət qurumu birgə məlumat yayıb.

Müəyyən edilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq, ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri, eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:34

Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı

Bütün Xəbərlər
Dünən, 13:50

Sabah hava necə olacaq?

Bütün Xəbərlər
Dünən, 11:06

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bütün Xəbərlər
Dünən, 10:38

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Bütün Xəbərlər
14 avqust 2026, 14:53

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün Xəbərlər
14 avqust 2026, 14:29

Kobaxidze Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib

Bütün Xəbərlər
14 avqust 2026, 14:00

Hesablama Palatasına yeni səlahiyyətlər verilib

Bütün Xəbərlər
14 avqust 2026, 13:58

Azərbaycanda "Dövlət auditi" informasiya sistemi yaradılır

Bütün Xəbərlər
14 avqust 2026, 11:49

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün Xəbərlər
14 avqust 2026, 10:53

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Bütün Xəbərlər
14 avqust 2026, 10:50

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bütün Xəbərlər
14 avqust 2026, 09:49

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Bütün Xəbərlər
13 avqust 2026, 17:24

DİM sədri ixtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirib

Bütün Xəbərlər
13 avqust 2026, 16:11

İlham Əliyev "Toxumçuluq haqqında" Qanunu təsdiqlədi

Bütün Xəbərlər
13 avqust 2026, 15:08

Zəhərlənənlərin sayı 11-ə çatdı – YENİLƏNDİ

Bütün Xəbərlər
13 avqust 2026, 09:42

DYP piyadalara müraciət edib

Bütün Xəbərlər
12 avqust 2026, 17:15

Eyni bal toplayan abituriyentlər hansı şərtlər əsasında fərqləndirilir? – Bunları mütləq öyrənin!

Bütün Xəbərlər
12 avqust 2026, 16:13

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Bütün Xəbərlər
12 avqust 2026, 12:10

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Bütün Xəbərlər
12 avqust 2026, 11:25

Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
12 avqust 2026, 11:02

Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir

Bütün Xəbərlər
12 avqust 2026, 11:00

Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşib

Bütün Xəbərlər
12 avqust 2026, 10:28

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb

Bütün Xəbərlər
11 avqust 2026, 12:32

Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib

Oxşar xəbərlər