“Azərbaycanda kütləvi şəkildə "WhatsApp" hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İki mərhələli təsdiqləmə işləmir”.
Bunu 18 avqust tarixində texnobloger Fərid Pərdəşünas öz Facebook hesabında bildirib.
Onun sözlərinə görə, hazırda problem tək Azərbaycanda müşahidə olunur: “Çünki qlobalda bu haqda xəbərlər yoxdur”.
Bloger bildirib ki, WhatsApp-la əlaqə saxlanılıb, lakin normal açıqlama verilmir.