Azərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkəsi “Maxi.az” bağlanır. Bu barədə 12 iyul tarixində Metbuat.az məlumat verib.
Şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub. “Maxi.az”dan bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da iyul ayının sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, “Maxi.az” şirkəti “İntegral Plus” mağazalar şəbəkəsinin əsasında qurulub və 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribütorlarından biridir.