2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina qurbanlarının sayı 345-ə çatıb.
Bu barədə İnsanoid Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən bu gün, 10 fevral tarixində məlumat verir.
Bu gün Xocavənd rayonunun Çartaz kəndi ərazisində arıçılıq təsərrüfatında mina partlayışı olub. Nəticədə bir nəfər yaralanıb.