Azərbaycanda gələn ildən nağdsız ödənilən ƏDV-nin 17,5%-nin geri qaytarılması nəzərdə tutulur. Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Bu barədə 3 noyabr tarixində Report məlumat verib.
Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.