Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədri Natiq Əliyev deyib.
Bu barədə 6 aprel tarixində APA xəbər verib.
Sədrin sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1 180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq.