Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün 7 dekabr tarixində xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.