Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verib.
Bu, sentyabrın 1-i ilə müqayisədə 1,5% azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7%, son 1 ildə isə 25,4% azalıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4% təşkil edib.