2023-cü ilin sonuna olan nəticəyə görə, Azərbaycanda qeydiyyatda olan İnsanın İmmunçatışmazlığı Virusuna yoluxmuş (İİV) xəstələrin sayı 9 252 nəfərdir. Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.
Bu barədə 24 yanvar tarixində APA məlumat verib.
O bildirib ki, Azərbaycanda İİV-yə yoluxma halı ilk dəfə 1987-ci ildə qeydə alınıb.