Əməkdar elm xadimi, "Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib. Bu barədə 11 yanvar tarixində Səhiyyə Nazirliyi məlumat yayıb.
S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyin qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub. Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, həkimləri təkmilləşdirmə institutu mama-ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama-ginekoloqu, Respublika mama-ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.