Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (20-26 noyabr) 17 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb. Bu barədə 28 noyabr tarixində APA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verib.
Analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 152 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 743 nəfər müalicə olunaraq sağalıb, 10 372 nəfər vəfat edib, aktiv xəstə sayı 37 nəfərdir.
Ölkədə son həftə ərzində 3 942, hazırkı dövrədək isə 7 715 867 test aparılıb.
Qeyd edək ki, son bir həftədə koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.