Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20% artırılacaq.
Bu barədə 4 noyabr tarixində Report əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması prioritet məsələlərdən biridir: “Müharibə əlilləri, şəhid ailələri, müharibə iştirakçılarına dəstək məqsədilə 2019-cu ildəki məbləğ təxminən 40% artırıldı və indiki məbləğə bərabər oldu”.