Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Mətbuat Xidmətinin rəhbəri Vamiq Nəsirov işdən çıxıb. Bu barədə 1 avqust tarixində Report məlumat verib.
V.Nəsirov bundan sonra əmək fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində şöbə müdiri kimi davam etdirəcək.
2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan V.Nəsirov 2007-ci ildən "Xəzər TV"də “Xəbərlər”, “Xəzər aktual” verilişinin, eləcə də "Gündəm", "32-ci gün", "Tarixdə o gün", “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. O, "Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir.
V.Nəsirov 2020-ci il iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.
O, 2016-cı il noyabrın 7-də Prezident İlham Əliyevin “Televiziya və radio işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən, televiziya və radionun inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.