Azərbaycanda uşaqlarla işləyənlərə dair qoyulmuş tələblər dəyişdirilir. Bu barədə 28 oktyabr tarixində Report məlumat verib.
Məsələ ilə bağlı bir sıra qanunlarda dəyişiklik edilir.
Dəyişikliklərdə uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb.