"Azərbaycanda hazırda 2 min 300 nəfər vəkil fəaliyyət göstərir". Bunu Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
Bu barədə 13 mart tarixində Report məlumat verib.
"Bu gün Türkiyədə 170 minə yaxın vəkil fəaliyyət göstərir. Bu, çox böyük potensiala malik qüvvədir. Biz, Azərbaycan vəkilləri olaraq, ölkəmizin haqlı mövqeyini beynəlxalq səviyyədə daha yaxşı müdafiə etməkdən ötrü Türkiyə vəkillərinin imkanlarından geniş istifadə etməliyik. Azərbaycanda hazırda 2 min 300 nəfər vəkil var", - deyə Anar Bağırov vurğulayıb.