Azərbaycanda sayt rəhbəri saxlanılıb. Bu haqda aprelin 14-də Daxili İşlər Nazirliyinin rəsmisi Məhəmməd Rzayev Report-a məlumat verib.
Belə ki, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.