Azərbaycanda yeni medallar təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna dəyişiklikləri təsdiqləyib.
Bu barədə 4 avqust tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Beləliklə, dəyişikliklə “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” ilə əlaqədar yubiley medalları təsis edilib.