Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə 27 yanvar tarixində Oxu.az məlumat yayıb.
Fakt üzrə “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə” maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqla ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Nizami Eynulla oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi təmin olunacaq.