Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 5 may tarixində xəbər verir.
Bu gün, səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.
Bu məqsədlə Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan əlavə, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilərlər.
Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq.