Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsinə başlanılıb. Bu barədə Report 20 may tarixində xəbər verib.
Bu, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsvermədir.
Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.
Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.
Səsvermə bütün ünvanlarda mayın 22-si saat 22:00-da başa çatacaq.