Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Əməkdar artist Aliyə Ramazanova vəfat edib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 1 sentyabr tarixində xəbər verir.
Bu haqda sənətçinin ailəsi məlumat verib.
Aliyə Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunda anadan olub.
Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümumələrindəndir.
O, səhnə və mədəni fəaliyyətinə görə 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülüb.
Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.