Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu "Sabah" BK ölkəni 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək. Bu barədə 3 iyul tarixində Report məlumat verib.
Yarışın püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə "Qala" komandası ilə təmsil olunub.