Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər. Bu barədə 8 avqust tarixində Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bu gün başlayacaq çempionat Latviyanın paytaxtı Riqada keçirilir.
Azərbaycanı çempionatda Oqtay Qasımov - Camal Cəlilov və Məhəmməd Aslanlı - Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək.
Cəlil Baxtiozin komandanın baş məşqçisi, Valeriya Romanoviç isə meneceridir.
Turnir avqustun 9-da başa çatacaq.