Hazırda Azərbaycanın gömrük postlarında 1 840 yük maşını gözləmədədir. Bu barədə İnsanoid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bildirir.
Məlumata görə, bunun 240-ı “Astara” gömrük postunda, 130-u “Biləsuvar” gömrük postunda, 1 300-ü “Qırmızı Körpü” gömrük postunda, 90-ı “Mazımqara” gömrük postunda, 67-si “Samur” gömrük postunda və 13-ü “Xanoba” gömrük postunda gözləyir.
Ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.
Məlumatda deyilir ki, Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.