Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradılıb. Bu barədə 29 yanvar tarixində Report məlumat verib.
Seçkilərlə əlaqədar İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.
Vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.
Vurğulanıb ki, səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.