Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Mərhumun yaxınları bildiriblər ki, G.Şəfiyeva bu gün 74 yaşında dünyasını dəyişib.
G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Heydər Əliyev Sarayının baş rejissoru kimi fəaliyyət göstərib.