Azərbaycanın Slovakiyada səfirliyi açılacaq. Bunu Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak bildirib.
Bu barədə 11 may tarixində APA məlumat verib.
Səfirin sözlərinə görə, Bratislavada Azərbaycan səfirliyinin açılması bu ilin iyun ayında gözlənilir.