Azərbaycanın tanınmış volosipedçisi Elçin Əsədov karyerasını başa vurub. Bunu 36 yaşlı idmançı öz İnstagram hesabında bildirib.
Əsədov ailəsinə, dostlarına, məşqçilərinə və ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "İdman insanları birləşdirir və şükürlər olsun ki, gözəl insanlar, ölkələr tanıdım. Yarış üçün darıxacağam. Amma velosiped sürməyi sevməyə davam edəcəyəm".
Qeyd edək ki, Elçin Əsədov bir sıra beynəlxalq yarışlarda, həmçinin Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib.
View this post on Instagram