Azərbaycan paraüzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində daha bir medal qazanıb. Bu barədə 11 may tarixində Milli Paralimpiya Komitəsi məlumat verib.
Belə ki, Saley 100 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə 57.83 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Üçqat paralimpiya çempionu daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl medal əldə edib.