Almaniyada yaşayan azərbaycanlı yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Bu barədə 12 iyul tarixində Lent.az məlumat verib.
Bildirilib ki, əslən Şəki rayonundan olan Fərhad Həsənov Koblenz şəhərində qəzaya düşüb. Həmyerlimiz hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, F.Həsənov bir neçə il əvvəl Almaniyaya köçmüşdü.