Bir yaş üç aylıq azərbaycanlı Müşfiq Hüseynov məşhur brendlərin simasına çevrilib. Bu barədə İnsanoid Lent.az-a istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Fotoları sosial şəbəkələrdə 250 milyondan çox baxış toplayan uşaq böyük şirkətlərin diqqətini çəkib. Onlar oğlanın ailəsinə təkliflə müraciət ediblər və beləliklə, Müşfiq üç qlobal brendin - Gucci Kids, Burberry və Moncler-in siması olub.
İlk fotosessiya Bakıda baş tutub.
Balaca Müşfiq tanınmış həkim və biogenetik Müşfiq Hüseynovun nəvəsidir.