Azərbaycanlı gənc dünya şöhrətli bloger "Mr.Beast"in yarışmasında iştirak edib. Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində xəbər verir.
Bütün ölkələrdən təmsilçilərin iştirak etdiyi turnirdə həmyerlimiz yarımfinal mərhələsinə qədər yüksəlib. Lakin o, 4-cü raundda keçirilən qılıncoynatma üzrə mübarizədə Samoa iştirakçısına məğlub olub.
Qeyd olunan video 1 gün ərzində 70 milyon izləmə toplayıb.