Bu gün güləş üzrə “Poland Open” turniri başlanılır. Bu barədə 26 iyul tarixində Report Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir.
İyulun 30-dək davam edəcək turnir Polşanın paytaxtı Varşavada keçirilir.
Yarışda ölkəmizi qadın və sərbəst güləşçilər təmsil edəcəklər. İyulun 27-28-də baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvələrini sınayacaqlar.
İyulun 29-30-da isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıblar.
Ənənəvi turnirdə II kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.