Azərbaycanın kata və kumite üzrə idmançıları beynəlxalq turnirdə 5 qızıl və 1 gümüş medal əldə ediblər.
Bu barədə 24 iyul tarixində Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə öz “Twitter” səhifəsində bildirib.
“22-23 iyul tarixlərində Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar.
Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!”, - fəxri prezident sosial şəbəkədə yazıb.
İdmançıların bu uğuru ASTA-nın (Azerbaijan Sport Talents Academy) dəstəyi ilə ərsəyə gəlib.
Great news!
Athletes from ?? Koshiki Karate-do Federation got 5 ?gold medals and 1? silver in KATA and Kumite at international competitions in Okinawa, ??, on July, 22-23.
My congratulations to our Champions Sevinj, Nazim and Kanan, and Azerbaijan Koshiki Karate-do Federation! pic.twitter.com/FFz1VVAYZf
— Adnan Ahmadzada (@AdnanAhmadzada) July 23, 2023