ABŞ-də azərbaycanlı biznesmen güllələnərək öldürülüb. Bu barədə İnsanoid Lent.az-a istinadən bu gün, 22 dekabr tarixində xəbər verir.
Texas ştatında azərbaycanlı biznesmen Kənan Əliyev öz avtomobilində başından güllələnərək qətlə yetirilib.
Kənan Əliyevin nəşi Azərbaycana gətirilib və o Bakıda dəfn edilib.
K.Əliyevin anası Kəmalə Əliyeva da bu ilin aprelində ABŞ-də faciəli şəkildə ölüb. ABŞ-yə oğlunun yanına qonaq gedən Kəmalə Əliyeva Niaqara şəlaləsinə gedərkən yol qəzasında həlak olub.