Azərbaycan məktəblilərindən ibarət istedadlı şagirdlər ABŞ-nin Nyu-York ştatında keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında iştirak edirlər. Bu barədə Report 11 iyul tarixində xəbər verib.
Onlar riyaziyyat fənni üzrə qlobal mərhələdə ölkəmizi təmsil edirlər.
Azərbaycandan yarışmaya müxtəlif yaş qrupundan olan 60 şagird yollanıb. Onlar 5 kateqoriya üzrə beynəlxalq turnirdə 22 ölkə məktəbliləri ilə yarışacaqlar.
Kolumbiya Universitetində təşkil olunan açılış mərasimində komandamız Azərbaycanın Dövlət Himninin sədaları altında səhnəyə çıxıblar.
Olimpiadanın qlobal mərhələsi bu gün, mükafatlandırma mərasimi isə sabah baş tutacaq.
[caption id="attachment_121656" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]