Azərbaycanlılara Rusiya Ordusunda Xidmət müqabilində imtiyazlar barədə vərəqələr paylanılır. Onlar Azərbaycan dilində tərtib olunub.
Bu barədə 5 aprel tarixində Caliber Telegram kanalı məlumat verib.
Rusiya Ordusunda Xidmət müqabilində imtiyazların vəd olunduğu vərəqələr Azərbaycanda deyil, Rusiya Federasiyası azərbaycanlıları arasında yayılır.
“Bu məlumatı və bu fotoları Rusiyadan olan həmyerlilərimiz göndəriblər”, - məlumatda bildirilib.
Marja.az-ın verdiriyi məlumata görə, məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.
[gallery link="file" size="full" columns="2" ids="111537,111538"]