Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin Şamaxı rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə İnsanoid quruma istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
İyunun 13-də saat 12:00-da Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutacaq görüş zamanı Şamaxı və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-99-61; 050-845-97-60) müraciət edə bilərlər.