Şamaxı rayonunda “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla görüşü keçiriləcək. Bu barədə birlikdən bildirilib.
Təşkil olunacaq görüş Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında (Seyyid Əzim Şirvani küçəsi) baş tutacaq.
“Səyyar qəbul otağı” noyabrın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.