top
“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirib
11 iyun 2024, 04:59
- ↺ +

“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fermer və sahibkarların rahat fəaliyyəti və yaranan problemlərinin yerində aradan qaldırılması məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında görüşlər təşkil edir. Bu barədə İnsanoid quruma istinadən bu gün, 11 iyun tarixində xəbər verir.

Belə görüşlərdən biri Göygöldə baş tutub.

Göygöl Gənclər Evində keçirilən tədbirdə 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) nümayəndələri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, həmçinin Göygöl İcra Hakimiyyəti başçısının müavini iştirak ediblər.

Görüş zamanı fermer və sahibkarlara “Azərişıq”ın regionlarda həyata keçirdiyi quruculuq və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib.

Bildirilib ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, elektrik xətləri, dayaqlar, sayğaclar yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı, əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı, bu işlər həm də Azad Qarabağda tam gücü ilə aparılır.

Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, iştirakçıların fikirləri, təklifləri, tövsiyələri dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

“Azərişıq” yenidənqurma sahəsində olduğu kimi, marrifləndirici tədbirlərini də Göygöllə yanaşı, ölkənin digər bütün regionlarında davam etdirəcək.

 

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Bu gün, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Bu gün, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Bu gün, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Bu gün, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Bu gün, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Bu gün, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Bu gün, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Bu gün, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Bu gün, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Bu gün, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Bu gün, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Bu gün, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Bu gün, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Bu gün, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Bu gün, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Bu gün, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Oxşar xəbərlər