“Azərişıq” ASC Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərinin elektrik şəbəkəsinin yenidən qurulmasına başlayıb. Bu barədə 18 iyul tarixində cəmiyyət məlumat verib.
Kəndlərə gedən 10 kv-lik hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Bundan əlavə, müasir tipli transformator quraşdırılır və abonentlərin sayğacları yenilənir.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra adıçəkilən kəndlərdə yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.
[gallery columns="1" link="file" size="full" ids="122339"]