“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 1 mart tarixində xəbər verir.
Martın 30-da saat 10:00-da baş tutacaq qəbul Şıxəli Qurbanov küçəsi, 77 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.