“Azərpoçt” MMC Zəfərin ikinci ildönümü münasibətilə yeni poçt bloku nəşr etdirib. Bu barədə 5 noyabr tarixində qurum bildirib.
“Zəfər Günü” adlı poçt bloku “Şuşa şəhid övladlarının gözü ilə” mövzusu əsasında hazırlanıb. Bloka daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.
Markaların möhür vasitəsilə “söndürülməsi” prosedurunu Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Ramiz Qasımovun qızı Gülanə Qasımova və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyev həyata keçiriblər.
Poçt bloku 10 000 tirajla nəşr edilib. Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də çap olunub.