"Azərsu" tərəfindən keçirilən monitorinqlər zamanı 340 ünvanda qüsurlar və qanunsuzluqlar aşkarlanıb. Bu barədə Report 26 may tarixində xəbər verib.
Bununla bağlı "Azərsu" ASC-nin Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəis müavini Cabbar Cabbarlı bu gün keçirilən brifinqdə məlumat verib.
O qeyd edib ki, yoxlamalar zamanı 19 kənar xətt, şəbəkəyə 74 qanunsuz qoşulma halı aşkarlanıb: "Qanunsuz qoşulma halları daha çox Abşeron, Suraxanı, Sabunçu rayonlarında qeydə alınıb. Yoxlama zamanı 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda isə sayğacın işləmədiyi məlum olub. 180 min kubmetrə yaxın su anbarlara bərpa olunub".