Barəsində beynəlxalq axtarış verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda tutulub. Bu barədə Qafqazinfo 1 may tarixində xəbər verib.
İnterpol vasitəsilə dövlətlərarası axtarışa verilmiş 46 yaşlı Vüsal Yasin oğlu Mürşüdlü qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Vüsal Mürşüdlü əvvəllər xeyli müddət “Azərsu” ASC-də çalışıb. O daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alaraq vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etdiyi üzə çıxıb.